DEAŞ liderini təslim edənə 5 milyon mükafat veriləcək

Amerika Birləşmiş Ştatları terror təşkilatı DEAŞ-ın liderləri Əbu Məhəmməd əl-Şimalinin yerini bildirənə 5 milyon dollar mükafat verəcəyini açıqlayıb.

418912
DEAŞ liderini təslim edənə 5 milyon mükafat veriləcək

Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, xaricdən gələn döyüşçülərin Suriyaya keçmələrinə yardım edən liderin 2005-ci ildən bəri terror təşkilatı Əl-Qaidə, daha sonra isə DEAŞ üçün çalışdığı qeyd olunub.
Nazirlik həmçinin Əbu Məhəmməd əl-Şimalinin qaçqınlar və lojistik dəstək məntəqələrinə liderlik etdiyini də vurğulayıb.
Xarici İşlər Nazirliyinin tabeliyindəki Diplomatik Təhlükəsizlik Ofisi "Ədalət üçün mükafat" proqramı çərçivəsində 1984-ci ildən bu yana 80 nəfərə 125 milyon dollar ödəniş edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr