Belçikada təhlüksizliyə əlavə 400 milyon avro vǝsait ayrılır

Belçikada təhlükəsizlik tədbirləri genişləndirilir.

419330
Belçikada təhlüksizliyə əlavə 400 milyon avro vǝsait ayrılır

Belçikada təhlükəsizlik tədbirləri genişləndirilir.
Belçika baş nazir Çarlz Mişel parlamentdə verdiyi açıqlamada 18 maddəlik yeni qanun layihəsini açıqlayıb.
Parisdə baş verən terror hücumlarında bəzi Belçika vətəndaşlarının da adının hallanmasından sonra gündəmə gələn layihəyə 2016-ci il dövlət büdcəsindən əlavə 400 milyon avro vǝsait ayrılması nəzərdə tutulur.
Layihədə bundan başqa sərhəddə polis nəzarətinin gücləndirilməsi, 520 əsgərin daxili təhlükəsizliyə cəlb olunması, nəzarətin 24 saatdan 72 saata artırılması kimi təkliflər yer alır.
Müxalifətin də müsbət yanaşdığı layihənin, bir o qədər dəyişiklik edilmədən qanunvericiliyə təqdim olunması gözlənilir.
Bu arada Belçikanın paytaxtı Brüsseldə əməliyyatlar davam etdirilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr