Rusiya Ukraynaya ərzaq embarqosu tətbiq edəcək

Tətbiq ediləcək embarqo Ukraynaya 600 milyon dollar ziyan vuracaq.

418788
Rusiya Ukraynaya ərzaq embarqosu tətbiq edəcək


Rusiya 2016-cı ilin yanvarın 1-dən Ukraynaya ərzaq embarqosu tətbiq edəcək

Bunu Rusiya iqtisadi inkişaf naziri Aleksey Ulyukayev açıqlamasında deyib.”Ukrayna Rusiyaya qarşı iqtisadi-maliyyə sanksiyalarına qoşulduğu üçün ərzaq embarqosu şəklində müdafiə tədbirləri görmək qərarına gəldik. Sadəcə bu qərar yanvarın 1-dək təxirə salınıb”, - deyə o bildirib.

Qeyd edək ki, Ukrayna hökumətinin iclasında baş nazir Arseni Yatsenyuk bildirib ki, Rusiyanın tətbiq edəcəyi ticarət embarqosu Ukraynaya 600 milyon dollar ziyan vuracaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr