Mahmud Abbas: ‘‘Xalqın üsyan səbəbi işğal, təzyiq, zülmdür’’

Fələstin prezidenti Mahmud Abbas Fələstin torpaqlarında baş verən ‘‘xalq üsyanından’’ İsraili məsul tutub.

418101
Mahmud Abbas: ‘‘Xalqın üsyan səbəbi  işğal, təzyiq, zülmdür’’

Ramallah şəhərindəki Mədəniyyət Sarayında təşkil olunan bir tədbirdə çıxış edən Abbas: ‘‘Xalqın üsyan səbəbi; İşğal, təzyiq, zülm və İsrail əsgərlərinin xalqımıza qarşı hücumlarıdır’’ deyib.
Xalqın məruz qaldığı təzyiqə görə üsyan etdiklərini vurğulayan Abbas; ‘‘biz sülh istəyirik, İsrail isə insanlarımıza həqiqi güllə ilə hücum edir’’ deyə qeyd edib.
Abbas İsrail hökumətindən Məscidül-Əqsadan əlçəkmələrini və Fələstin xalqından uzaq durmalarını istəyib.
İsraili imzaladığı müqavilələri yerinə yetirməyə dəvət edən Abbas, paytaxtı şərqi Qüds olan Fələstin dövləti qurulmadan sülhün olmayacağını təkrarlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr