Avropa təlaş içindədir

Fransa polisi paytaxt Parisdə yaşanan, ən az 129 adamın öldüyü, 352 nəfərinsə yaralandığı terror hücumlarıyla bağlı araşdırmalarını davam etdirir.

366075
Avropa təlaş içindədir

  Polis Bataklan (Bataclan) konsert salonunda intihar hücumunu təşkil edən, Fransada doğulan 29 yaşlı terrorçunun ailəsinin yaşadığı evə basqın edib, atası və qardaşını nəzarətə götürüb.

  Fransa televiziya kanalı terrorçu hücumunu təşkil edən digər iki nəfərin yaxınlarda Yunanıstandan sığınacaq istədiyini bildirib. Fransa təhlükəsizlik gücləri yunan həmkarlarından bu iki terrorçunun rəqəmsal barmaq izlərini göndərməsini istəyib.

  Çox sayda adamın öldüyü Bataklan konsert salonu yaxınlığında Belçika nömrəli bir maşının olduğu, hücumda bir belçikalının da iştirak etdiyi məlumatından sonra bu dəfə Belçika polisi axtarışa başlayıb və şübhəli bir nəfəri nəzarətə götürüb. Hadisə yerindən uzaqlaşan maşının terrorçuar tərəfindən istifadə edilib-edilmədiyi isə araşdırılır.

  Belçika Daxili İşlər naziri Can Ham hücumlarda Belçika bağı olub-olmadığını təsbit etmək üçün Fransalı həmkarlarıyla birlikdə çalışdırlarını söyləyib.

  Hücumlardan sonra Belçika təhlükəsizlik kabineti Fransa-Belçika quru yolu, dəmiryolu və hava yolu idarələrində təhlükəsizlik tədbirlərini artırıblar.

  Parisdəki terror hücumları Macarıstan hökumətini də hərəkətə keçirib. Macarıstan Baş naziri Viktor Orban ölkəsində təhlükəsizlik tədbirlərini artırmaq göstərişi verib.

  Bu arada onu da qeyd edək ki, Parisdə 129 adamın öldüyü terror hücumlarında Bataklandakı konsert salonunda olan Belçika vətəndaşı, türk əslli Elif Doğan da həyatını itirib.

  Belçika Xarici İşlər naziri Didiir Reynder (Didier Reynders) “Hücumlarda bu ana qədər 2 Belçika vətəndaşının həyatını itirdiyini məlub olub” deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr