Rusiya Suriyaya daha bir hücum təşkil etdi

Rusiya Suriyadakı kəndlərdən birinə “fosfor bombası” adlı hava hücumu təşkil edib.

416325
Rusiya Suriyaya daha bir hücum təşkil etdi

Rusiya Suriyadakı kəndlərdən birinə “fosfor bombası” adlı hava hücumu təşkil edib.
Nurəddin Zəngi hərəkəti siyasi ofis nümayəndəsi Məhəmməd Yasir Əl-Yusif Anadolu xəbər agentliyinə verdiyi açıqlamasında bu barədə məlumat verib. O qeyd edib ki, rus ordusuna aid bir döyüş təyyarəsi İdlibin Eriha bölgəsinin Binin kəndinə “fosfor bombası” ilə hücum təşkil olunub.
Hücumlarda yaralananların olduğunu deyən Məhəmməd Yasir hadisə ilə bağlı ətraflı məlumat verməyib.
Sentyabr ayının sonlarından indiyədək Suriyanın müxtəlif şəhərlərinə qarşı hava hücumları təşkil edən Rusiya isə DEAŞ-ı hədəf aldığını irəli sürüb.
Rusiyanın suriyada başlatdığı hava hücumları ilə bağlı, xüsusilə Hamanın şimal bölgələrindən təqribən 80 min nəfərin evlərindən didrəgin düşdüyü, sərhəd bölglərinə və İdlib çöllərinə sığındığı ifadə edilir.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr