Aralıq dənizindən Avropaya gedən immiqrantların sayı açıqlandı

Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) bu il Aralıq dənizini keçərək Avropaya çatmağı bacaran immiqrant sayının 800 mini, bu yolda can verenlərin isə 3 mini keçdiyini bildirib.

365743
Aralıq dənizindən Avropaya gedən immiqrantların sayı açıqlandı

  Təşkilatın yenilənmiş məlumatına görə, Aralıq dənizini keçməyi bacaran 812 min 230 qaçqın Avropa ölkələrinə daxil olub. Bunların təxminən yarısı suriyalıdır.

  Yeni ildən bu yana Avropaya ən çox immiqrant Yunanıstana gedib. İmmiqrantların sayı 666 min 502 nəfər olub. Bunların təxminən 300 minini Aralıq dənizi üzərindən gedən suriyalılar təşkil edir.

  Aralıq dənizini keçərək İtaliyaya 141 min 777, İspaniyaya 3 min 845, Maltaya isə 106 immiqrant çatıb.

  Beynəlxalq Miqrasiya Təşkilatı 2015-ci ilin əvvəlindən bu yana Avropaya qeyri-qanuni yollarla girmək üçün Aralıq dənizindən keçməyə çalışan, amma sularda can verənlərin sayının 3 mini keçdiyini açıqlayıb: İtaliya sahillərində 2870, Yunanıstan sahillərində 547, İspaniya sahillərində isə 82 adam olmaqla ümumi halda 3499 qaçaq immiqrant dənizdə boğulub.

  Yunanıstana çatmaq üçün Türkiyədən yola çıxan, əksəriyyəti suriyalı olan 547 immiqrant isə Ege dənizində həyatını itirib. Təkcə noyabr ayının ilk 12 günü içində Egedə 61 immiqrant ölüb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr