Həmas Aİ-nin "İsrail malı" etiketinə aid qərarını bəyəndi

Fələstinin İslam Müqavimət Hərəkatı Həmas Avropa İttifaqının İordan çayının qərb sahilindəki Yəhudi yaşayış məntəqələrində istehsal olunan məhsulların üzərində "İsrail malı" etiketindən istifadə edilməsinin qarşısının alınması ilə əlaqədar qəbul etdiyi qərarı məmnuniyyətlə qarşıladı.

415886
Həmas Aİ-nin "İsrail malı" etiketinə aid qərarını bəyəndi

Həmas Sözçüsü Sami Əbu Zuhri verdiyi yazılı açıqlamada bunun doğru bir addım olduğunu bildirdi.

Zuhri Avropa İttifaqını "İsrail işğal sistemi ilə əlaqəli məhsullar və xidmətlərə genişmiqyaslı cərimə və sanksiyalar tətbiq etməyə"  dəvət etdi.

Avropa İttifaqı İsrailin işğal altında saxladığı İordan çayının qərb sahillərindəki qeyri-qanuni yaşayış məntəqələrində istehsal olunan məhsullarda "İsrail malı" etiketindən istifadə edilməsinin qarşısını almaqla əlaqədar qərar qəbul etmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr