Beynəlxalq ictimaiyyət böhranın həlli üçün yenidən vasitəçi olub

BMT-nin baş katibi Pan Gi Mun Türkiyə, Liviya vǝ İordaniyanı milyonlarla suriyalını qəbul etdiklǝrinǝ görǝ tǝqdirǝlayiq hal kimi dǝyǝrlǝndirdiyini söyləyib.

414955
Beynəlxalq ictimaiyyət böhranın həlli üçün yenidən vasitəçi olub

BMT-nin baş katibi Pan Gi Mun Türkiyə, Liviya vǝ İordaniyanı milyonlarla suriyalını qəbul etdiklǝrinǝ görǝ tǝqdirǝlayiq hal kimi dǝyǝrlǝndirdiyini söyləyib.
Pan Gi Mun Səudiyyə Ərəbistanının paytaxtı Riyadda təşkil olunan 4-cü Ərəb-Latın Amerika Zirvə toplantısındakı müzakirələrdə Vyanadakı Suriya ilə bağlı görüşlərində beynəlxalq ictimaiyyətin böhranın həlli üçün yenidən vasitəçi olduğunu və sülh yolu ilə çözülməsinə səy göstərildiyini bildirib.
Baş katib Suriyadakı döyüşlərin dayandırılmasının əhəmiyyətinə işarə edərək Türkiyə, Liviya və İordaniyanın milyonlarla suriyalını qonaq etməsini müsbət qiymətləndirib, Braziliya və digər cənubi Amerika ölkələrini də elǝcǝ.
Pan Gi Mun Yəməndə yaşanan mübarizənin hərbi yolla həllinin mümkün olmadığını açıqlayaraq bütün tərəfləri bu ay ərzində Cenevrədə təşkil olunacaq toplantılara qatılmağa çağırıb.
Yəməndəki artan dinc sakinlərin ölümləri, insanların daha da pisləşən durumlarına diqqət çəkən Pan Gi Mun bütün tərəflərdən əhalinin vəziyyətini bir qədər yaxşılaşdırmaq, dinc sakinlərin ölümünün qarşısını almaq üçün bütün cəhdlərin göstərilməsini istəyib.
Terror hadisələrinə də toxunan Pan Gi Mun radikallığın və zorakılığın böyüyən bir təhdid olduğunu bildirib.
Pan Gi Mun gələn il BMT Baş Assambleyasına DEAŞ, Boko Haram və digər terror təşkilatlarının radikal və zorakılığının qarşısını almaq üçün əhatəli bi plan təqdim edəcəyini bildirib.
Zirvə toplantısına 33 Ərəb və Latin Amerika ölkəsindən dövlət başçıları, baş nazir və nazirlər qatılacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr