Avstiya Azadlıq Partiyası hökumət əleyhinə cinayət işi açdırdı

Avstriyada ifrat sağçı partiya olan Avstriya Azadlıq Partiyası (FPÖ) miqrantların sərhəddən keçməsinə icazə verən hökumət əleyhinə "insan alveri" aparıldığı iddiasıyla cinayət işi açdı.

365210
Avstiya Azadlıq Partiyası hökumət əleyhinə cinayət işi açdırdı

Avstriya Azadlıq Partiyasının Sədri Heinz Cristian Strache jurnalistlərə verdiyi müsahibədə  Baş Nazir Werner Faymann, Daxili İşlər Naziri Johanna Mikl-Leitner, Müdafiə Naziri Cerald Klug və Avstriya Dövlət Dəmir Yolları rəsmiləri əleyhinə iddia qaldırdıqlarını, cinayətdə günahlandırmaqla əlaqədar 16 səhifədən ibarət olan ərizəni prokurorluğa təqdim etdiklərini bildirdi.

Miqrantların ölkə sərhədlərindən keçməsinə icazə verənlərin cinayət törətdiyi fikrini irəli sürən Strache hökumətin əmri ilə "nəzarətsiz və qeydiyyatsız insanların" Avstriyaya daxil olduğunu və qanunlara görə bunun "insan alveri" cinayəti olduğunu dedi.

Sentyabr ayının əvvəlindən etibarən 430 min miqrantın qeyri-qanuni yollarla ölkəyə daxil olduğunu qeyd edən Strache, hökumətin "milli miqrant qanununu qəsdən pozduğunu" və dövlətin imkanlarından "qeyri-qanuni miqrantların daşınmasına" istifadə etdiyini iddia etdi.

Miqrantların kim olduqlarını heç kimin bilmədiyini söyləyən Stracheyə görə, ictimai asayiş və təhlükəsizliyinin təmin edilməsi üçün sərhədlərə tikanlı məftillərdən ibarət olan hasarlar çəkilməlidir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr