ABŞ-da Milli Müdafiə Xərclərinə dair Büdcə Layihəsi təsdiqləndi

Amerika Birləşmiş Ştatları Konqresi Milli Müdafiə Xərclərinə dair 607 milyard dollarlıq Büdcə Layihəsini qəbul etdi.

365207
ABŞ-da Milli Müdafiə Xərclərinə dair Büdcə Layihəsi təsdiqləndi

ABŞ Prezidenti Barack Obamanın büdcəylə əlaqədar bəzi münaqişələr və Quantanamoya aid hökmlərlə əlaqədar keçən ay veto qoyduğu Milli Müdafiə Xərclərinə dair Büdcə Layihəsi Konqresdə yenidən müzakirə olundu.

Layihə bu dəfə Senatda 3 səsə qarşı 91 səslə, Nümayəndələr Palatasında isə 58 səsə qarşı 370 səslə keçərək, üçdə iki  səs çoxluğu ilə yenidən veto qoyula bilinməyəcək şəkildə Obamanın imzasına göndərildi.

Layihədə Obamanın prezidentliyi dövründəki prioritet hədəflərindən biri olan, Quantanamodakı məhbusların ABŞ-a daşınması yolu ilə həbsxananın bağlanması ilə əlaqədar qabaqlayıcı hökmlər vardır.

Bundan başqa, Rusiya tərəfdarlı separatçılara qarşı vuruşan Ukrayna qüvvələrinə 300 milyon dollarlıq silah yardımı üçün Obamaya səlahiyyət verilməsi və  Suriya və İraqda DEAŞ-a qarşı mübarizə aparan qüvvələrə hərbi yardım üçün fond ayrılması kimi tənzimləmələrə də layihədə yer verilir.

Layihə DEAŞ-a qarşı mübarizədə İraq qüvvələri üçün 715 milyon dollar, Suriyanın mülayim müxalifləti üçün  "öyrət-təchiz et" proqramına da 406 milyon dollar fond ayırır.

Layihənin Konqresdən böyük çoxluqla keçməsi bir neçə dəfə Quantanamo həbsxanasını bağlamaq və məhbusların ABŞ-a daşınmasını təmin etmək istədiyini dilə gətirən Barack Obamanın planını həyata keçirməsini çətinləşdirir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr