Tayvan və Çin liderləri 66 ildən sonra ilk dəfə bir araya gələ

Tayvan hökumət rəsmisi Çarlz Çarls Çın Tayvan lideri Ma Ying-jeo ilə Çin Dövlət Başçısı Şi Cinpingin noyabrın 7-də Sinqapurda bir araya gələcəklərini açıqlayıb.

410287
Tayvan və Çin liderləri  66 ildən  sonra ilk dəfə bir araya gələ

Çın bildirib ki, bölgədə sülhü gücləndirmək məqsədi ilə keçiriləcək görüşdən sonra iki lider birgə açıqlama verməyəcək və müqavilə imzalanmayacaq.
Xatırladak ki, 1949-cü ildə baş verən vətəndaş müharibəsindən sonra Tayvan və Çin liderləri görüşməyib.
Qeyd edək ki, 1949-cu ilədə Mao Zedong hakimiyyətə gəldiyi zaman bəzi hökumət üzvləri Taylanda qaçıb adada müstəqilliklərini elan etmişdi. Lakin Çin hökuməti Tayvanın müstəqilliyini qəbul etməmişdi və adanın öz torpaqlarına daxil olduğunu iddia etmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr