Mahmud Abbas Misirə rəsmi səfər edəcək

Fələstinin Dövlət Başçısı Mahmud Abbas Noyabrın 8-də Misirə rəsmi səfər edəcək.

409676
Mahmud Abbas Misirə rəsmi səfər edəcək

Fələstinin Qahirə Səfiri Camal Eş-Şobeki Abbasın paytaxt Qahirədə Prezident Əbdul- Fəttah es-Sisi və yüksək səviyyəli rəsmilərlə bir araya gələcəyini söylədi.

Şobeki görüşdə Misir-Qəzza arasındakı Rifah Sərhəd Qapısının daimi açıq olmasının yollarının axtarılacağını, həmçinin İsrail tərəfdən get-gedə çoxalan pozuntular haqqında fikir mübadiləsi aparılacağını ifadə etdi.

Digər tərəfdən, Həmasın yüksək səviyyəli rəsmilərindən olan  İsmayıl Rıdvan Qəzzada mühasirə altında yaşayan təxminən 2 milyon insanın Rifah Sərhəd Qapısının daimi olaraq açılmasını istədiyini söyləyərək: "Refahın daimi şəkildə açıq olması lazımdır. Bu həm xalqın tələbidir, həm də rəsmi tələbdir" dedi.

İsrail blokadası altında olan Qəzzada demokratik seçki ilə vəzifəyə gələn Həmasın rəhbərliyə keçməsindən sonra, 2007-ci ildə Misir-Qəzza arasındakı Rifah Sərhəd Qapısı ticari keçidlərə bağlanmışdı.  Fələstinlilər İsrail tərəfindən blokadaya alınma və sərhəd qapısının bağlanması səbəbindən  ehtiyaclarını  tunellər vasitəsilə ödəyirdilər. Misir rəhbərliyi fələstinlilərin "şah damar" kimi dəyərləndirdikləri tunellərin böyük hissəsini dağıtmışdı.


Rifah Sərhəd Qapısı da uzun müddətdir ki, fövqəladəvəziyyətlər xaricində bağlı tutulur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr