ABŞ-ın baş katibi Con Kerri Qazaxıstanda

Kerri əvvəlcə Qazaxstanın dövlət başçısı Nursultan Nazarbayevlə görüşüb.

409822
ABŞ-ın baş katibi Con Kerri Qazaxıstanda

Orta Asiya turuna çıxan ABŞ-ın baş katibi Con Kerri ilk səfərini Qazaxıstana getməklə gerçəkləşdirib.
Kerri əvvəlcə Qazaxstanın dövlət başçısı Nursultan Nazarbayevlə görüşüb.
Prezident sarayında baş tutan görüşdə Nazarbayev Vaşinqtonla əlaqələrə verilən önəmdən bəhs edib.
İki ölkənin nüvə silahlarının azaldılması və yayılmasının qarşısının alınması ilə bağlı əməkdaşlıq etdiyini deyən Nazarbayev Amerika rəsmisinin bu istiqamətdə fəaliyyətini dəstəklədiklərini söyləyib.
Kerry də iki ölkə arasında yaxın işbirliyinə önəm verdiklərini və ölkəsinin Qazaxıstanın ən böyük səramyədarlarından olduğunu qeyd edib.
Kerri Qazaxıstanın xarici işlər naziri Erlan İdrisovla da görüşüb.
Görüşdə iki ölkə arasında mövcud olan əlaqələrin gücləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Kerri Qazaxıstanın paytaxtı Astanada tarixi bir məsciddə, eləcə də istehsal müəssisəsində də olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr