Somalıdə terror aktı

Ölənlər arasında bir jurnalist və otel sahibinin olduğu bildirilir.

361451
Somalıdə terror aktı

Somalinin paytaxtı Moqadişuda dövlət və hökumət rəsmilərinin qaldığı əs-Sahafi oteli yaxınlığında törədilən terror aktı zamanı ilkin məlumatlara görə azı 11 nəfər ölüb.
Ölənlər arasında bir jurnalist və otel sahibinin olduğu bildirilir. Eyni zamanda hökumət rəsmiləri və Reuters xəbər agentliyinin operatoru da daxil olmaqla bir çox insan yaralanıb.
Otel hökumətin xüsusi qüvvələrinin nəzarəti altındadır.
Bir qədər əvvəl verilən açıqlamada Moqadişuda dövlət və hökümət rəsmilərinin qaldığı əs-Sahafi oteli yaxınlığında terror aktı törədilən ərazidə mühafizəçilərlə terrorçular arasında toqquşma zamanı ölənlərin də olduğu bildirilir.
Terror aktına görə məsuliyyəti isə Əş-Şəbab təşkilatı öz üzərinə götürüb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr