Rusiyada matəm elan olundu

Rusiya yas içindədir.

406208
Rusiyada matəm elan olundu

Rusiya Prezidenti Vladimir Putin Misirin Sina Yarımadasına düşən Rusiyaya aid təyyarədə həlak olan 224 nəfər üçün noyabrın 1-ni milli matəm günü elan etdi.

Rusiya Hava Yolları şirkəti  "Koqalımavia" şirkətinə aid aerobus A-320 tipli sərnişin təyyarəsi Şarm- əl Şeyxdən Rusiyanın Sən Peterburq şəhəri istiqamətində uçuş həyata keçirmək üçün havaya qalxmışdı.

Havaya qalxandan 23 dəqiqə sonra təyyarə düşdü.

İkiyə bölünən təyyarədə 17 uşaq olmaqla, 217 sərnişin və 7 ekipaj üzvü vardı.

Təyyarənin qara qutuları Əl -Arişin cənubundakı dağlıq Əl-Həsən bölgəsində tapıldı.

Təyyarənin kapitanının  daha əvvəl təyyarədə texniki qəza olduğunu və məcburi eniş etmək istədiyini qülləyə bildirdiyi qeyd olundu.

 Terror təşkilatı DEAŞ-a tabe olan  qrup bir sosial paylaşma saytında yayımladığı mesajla təyyarə qəzasına görə məsuliyyətini öz üzərinə götürdü.

Rusiyanın Nəqliyyat Naziri isə bu iddianın ciddi olmadığını söylədi. 

Fransa Hava yolları (Air France) və Almaniya Hava yolları (Lufthansa) təhlükəsizlik səbəbilə Sina Yarımadasına uçuşlarını dayandığını açıqladılar.

Rus mətbuatında verilən xəbərlərə görə, Misirdə düşən Rus təyyarəsi ilk uçuşunu 9 May 1997-ci ildə həyata keçirib.

Təyyarənin daha əvvəl eniş zamanı quyruğunun yerə sürtülməsi nəticəsində uzun müddət təmirdə qaldığı qeyd olunub.

Təyyarənin pilotlarının daha əvvəl bir neçə dəfə mühərrikdə problem olduğu barədə müraciət etdiyikləri də iddia olunur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr