Pakistanda yerli seçkilərdə 11 nəfər öldürüldü

Pakistanın dörd vilayətindən ikisində keçirilən yerli seçkiləri zamanı rəqib partiyalar arasında atışmada 11 nəfər öldü.

406202
Pakistanda yerli seçkilərdə 11 nəfər öldürüldü

Pakistanın Pəncab və Sindh əyalətlərində yerli seçkilərin ilk mərhələsi keçirildi.

Sindh əyalətində keçirilən seçkidə Pakistan Xalq Partiyası ilə Pakistan Müsəlman Birliyi üzvləri arasında toqquşma baş verdi.

Khairpur şəhərində çıxan hadisələrdən sonra seçki komissiyası səs vermə prosesini dayandırdı.

Hadisə bölgəsinə ordu birlikləri sövq edildi.

20 milyon seçicinin olduğu Pəncab və 4 yarım milyondan çox seçicinin olduğu Sindh əyalətlərində sonrakı seçki mərhələri noyabrın sonlarında və dekabr ayında keçiriləcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr