Albaniyada zəlzələ oldu

Albaniyanın paytaxtı Tiranada 4,9 gücündə zəlzələ oldu.

406499
Albaniyada zəlzələ oldu

Tiranada Avropa Aralıq Dəniz Rəsədxanasından verilən məlumata görə, saat 07.26-da qeyd edilən 4,9 gücündəki zəlzələnin mərkəzi Tirana şəhərindən  30 kilometr uzaqdadır. Sarsıntının10 kilometr dərinlikdə baş verdiyi bildirilir.

Zəlzələnin digər Balkan ölkələri Bosniya Və Herseqovina və Monteneqroda da hiss edildiyi qeyd olunur.

İtki yoxdur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr