Hava fişəngləri dekorasiyanı yandırdı

Rumıniyanın paytaxtı Buxarestin bir gecə klubunda çıxan yanğında 27 adam ölüb, 180 nəfər yaralanıb.

360694
Hava fişəngləri dekorasiyanı yandırdı

  Rok konsertinin təşkil edildiyi gecə klubunda içəridə 400 adam olub. Baş nazir köməkçisi Raed Arafat bu baxımdan ölü sayının daha artıq ola biləcəyindən narahat olduqlarını dilə gətirib.

  Hadisə yerinə onlarla təcili yardım və xilasetmə dəstələri göndərilib.

  Yanğının hava fişənglərinin səhnə dekorasiyası üzərinə düşməsi nəticəsində baş verdiyi təxmin edilir.

  Rumıniya Səhiyyə Nazirliyi Buxarestdə xalqı yaralılara qan verməyə çağırıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr