Misirdə seçkilǝrin ilk turu sona çatdı

Şura 27 vilayətin 14-dǝ keçirilǝn seçkilərdǝ iştirakın yüzdə 26,56 olduğunu qeyd etdi

357219
  Misirdə seçkilǝrin ilk turu sona çatdı

Misirdə seçkilǝrin ilk turu sona çatdı.
Ali Seçki Şurası yekunlaşan nəticələrə görə, partiya liderlǝri üçün ayrılan 60 kürsünün hamısını

prezident Abdulfəttah əs-Sisiyǝ yaxınlığı ilə bilinən "Misir Sevgisi Üçün" koalisiyasının qazandığını açıqladı.
Şura  27 vilayətin 14-dǝ keçirilǝn seçkilərdǝ iştirakın yüzdə 26,56 olduğunu qeyd etdi.
Misirin ən köhnə partiyası olaraq bilinən Vefd və Sələfi Dəvət Camaatının siyasi qanadı Nur kimi partiyaların qatıldığı seçkiləri,

Məhəmməd əl-Baradey tərəfindən qurulan Düstur Partiyası, Eymen Nur liderliyindəki Sabah İnqilab Partiyası, Abdulmunim Əbul Futuh liderliyindəki Güclü Misir Partiyası kimi siyasi partiyalar boykot edir.

Seçkinin ikinci turu  xaricdə 21 və 22 Noyabrda , yurd içində isə 22 və 23 noyabrda paytaxt Qahirəni də əhatə edən digər 13 vilayətdə keçirilǝcǝk .


Etiketlәr:

Әlaqәli Xәbәrlәr