Davudoğlu Vanda seçicilərlə görüşdü

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Vanda terrorla mübarizə ilə əlaqədar əhəmiyyətli mesajlar verdi.

395041
Davudoğlu Vanda seçicilərlə görüşdü

Seçicilərlə görüşən və sonra qeyri-hökumət təşkilatı nümayəndələri ilə bir araya gələn Davudoğlu Türkiyədə demokratiyanı, qardaşlığı hədəf alanlara yenə də demokratiya çərçivəsində müvafiq cavabın veriləcəyini dedi.

Türkiyənin şərqində və cənub-şərqində inkişafın davam edəcəyini bildirən Baş Nazir:” Onlara yolları mina ilə döşəmək, bizə də o yolları güllərlə döşəmək düşər" dedi.

Terrorla mübarizədən geri çəkilməyəcəyini bir daha vurğulayan Davudoğlu: ”Nə həll prosesi yarımçıq qalacaq, nə də terrorizmlə mübarizə. Başladığımız işi bitirəcəyik. Bir saniyə belə hər hansı bir vətəndaşımızı Kürddür, Türkdür deyə ayırsaq, nəfəs alıb verdiyimiz bu hava bizə haram olsun" ifadələrundən istifadə etdi.

Davudoğlu: "Həm bu ölkəni əmin-amanlığa qovuşduracağıq, həm də demokratiyamızı, azadlığımızı təminat altına alacağıq. Heç kimin şübhəsi olmasın, həyatınınzın və əmlakınızın təhlükəsizliyi dövlətin təminatı altındadır" deyə danışdı.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr