İsrail-Fələstin gərginliyi davam edir

İsrailin müdafiə məqsədi ilə atdığı addımlara reaksiya verən BMT-nin baş katibi Pan Gi Mun gözlənilmədən bölgəyə gəlir.

394619
İsrail-Fələstin gərginliyi davam edir

İsrailin müdafiə məqsədi ilə atdığı addımlara reaksiya verən BMT-nin baş katibi Pan Gi Mun gözlənilmədən bölgəyə gəlir.
Pan Gi Mun səfərdən əvvəl tərəfləri soyuqqanlı olmağa çağırıb.
BMT-nin baş katibi iki gün davam edəcək səfər zamanı İsrail vǝ Fələstin liderləri ilə görüşəcək.
Bölgədə getdikcə artan döyüşlərin nəticələri də ağırlaşır.
İsrail əsgərlərinin son bir ayda öldürdüyü fələstinlilərin sayı 40-ı ötüb.
Hadisələr zamanı ölən israillilərin sayı isə 9 olub.
Hücumları sürətləndirən İsrail son olaraq İordan çayının qǝrb sahili “Həmas”ın liderlərindən birini həbs edib.
Bu arada hücumlara başı qarışan fələstinlilərin evləri də İsrail əsgərləri tərəfindən dağıdılır.
İsrailin Bərşəba şəhərində cinayətkar hesab edilən 29 yaşlı Eritrelinin İsrailliler tərəfindən öldürülməsi də reaksiya doğurub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr