"Türkiyə Afrika Buynuzu ölkələrinin strateji ortağıdır"

Cibuti prezidenti İsmail Guelleh Türkiyənin Afrikada sülh və inkişafın əhəmiyyətli ortağı olduğunu vurğulayıb.

355330
"Türkiyə Afrika Buynuzu ölkələrinin strateji ortağıdır"

Anadolu agentliyinǝ müsahibǝ verǝn İsmail Guelleh, Türkiyənin hǝmçinin dünya sülhünün dəstəklənməsi üçün də böyük rol oynadığını, terror təşkilatlarının xain hücumlarının qarşısını ala bilǝcǝk gücǝ sahib olduğunu bildirib.
Sərbəst iqtisadiyyat siyasəti və bu sahǝdǝ ǝlaqǝlǝrin güclǝndirilmǝsi istiqamǝtindǝ addımlar atdıqlarını ifadǝ edǝn dövlǝt başçısı Guelleh ölkəsində Türkiyədǝn başqa Səudiyyə Ərəbistanı və Çinin investsiya yatırmasını yüksǝk qiymǝtlǝndirdiklǝrini qeyd edib.
Yəmən böhranına da toxunan Guelleh, Səudiyyə Ərəbistanı liderliyindəki koalisiyanın hǝyata keçirdiyi ǝmǝliyyatlara dǝstǝk verdiklərini bildirib. Səudiyyə Ərəbistanının dünyada sülhün qorunması, xüsusilə Yaxın Şərq və Afrika Buynuzu ölkələrində cǝrǝyan edǝn qarşıdurmaların sona çatması istiqamǝtindǝ tǝqdirlǝ qarşılanacaq addımlar atdığını deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr