Berlindǝ keçirilǝn aksiyaya 250 min nǝfǝr qatılıb

ABŞ ilə hǝyata keçirilməsi planlaşdırılan Sərbəst Ticarət Sazişi Berlində etirazlara sǝbǝb olub.

352625
Berlindǝ keçirilǝn aksiyaya 250 min nǝfǝr  qatılıb

Avropa İttifaqı vǝ ABŞ arasında müzakirələri davam edən Trans-Atlantik Ticarət və İnvestisiya Tərəfdaşlığı sazişini etiraz mǝqsǝdilǝ minlǝrlǝ adam Berlindǝ aksiya keçirib.
Aksiyada tǝxminǝn 250 min nǝfǝr iştirak edib.
Ekoloqiya vǝ istehlakçı müdafiǝ dǝrnǝklǝri ilǝ hǝmkarlar ittifaqı da nümayisǝ dǝstǝk verib. Nümayişçilər, "Bu saziş Avropanı Amerikanın müstəmləkəsi edəcək", "Bu razılaşma iqtisadiyyatı mǝhv edǝcǝk" süarları sǝslǝndiriblǝr.
Aksiyaçılar razılaşmanın hǝyata keçirilmǝsi tǝqdirdǝ qida standartlarındakı keyfiyyǝtin pozmasından narahatlıq duyduqlarını vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr