Liviyada Milli Birlik Höküməti yaradılır

Mərakeşin Suheyrat şəhərində davam edən Liviya həmrəylik danışıqlarında tərəflər, Milli Birlik Hökuməti yaratmaq məsələsi ilə əlaqədar razılığa gəldilər.

390021
Liviyada Milli Birlik Höküməti yaradılır



Danışıqlara sədrlik edən Birləşmiş Millətlər Təşkilatının Liviya Üzrə Xüsusi Nümayəndəsi Bernardino Leon tərəflərin Milli Birlik Hökumətinin Başçısı statusunda Faiz Sərrac, Məclis Sədri statusunda isə Əbdürrəhman Suvayhilini müəyyənləşdirdiklərini söylədi.

Leon keçirdiyi mətbuat konfransında Milli Birlik Hökuməti tərəfindən Əhməd Mutik, Faide Əl-Mecberi və Musa Kuninin sədr müavinləri, Ömər Əl-Esved və Məhəmməd Əl-Ammarinin isə dövlət nazirləri olaraq təyin olunduqlarını bildirdi.

Liviyalı nümayəndələrə və Mərakeş Kralı 6-cı Məhəmmədə səylərinə görə təşəkkür edən Leon  təklif edilən adların Milli Birlik Hökumətini yaradacaqlarını söylədi.

Milli Birlik Hökumətini tarixi bir fürsət kimi səciyyələndirən Leon, liviyalıların və beynəlxalq aləmi qurulacaq olan hökumətə dəstək olmağa çağırdı.

Liviya Siyasi Müqaviləsi, ölkədəki qarşıdurmalara və böhrana çarə tapmaq məqsədilə bir milli birlik hökuməti qurulmasını, Tripoli və Tobruk rəhbərliklərinin konsensusa əsaslanan işlək bir siyasi həll prosesini nəzərdə tutur.

Müqaviləyə görə, bir il davam edəcək keçid prosesində Tobrukdakı Nümayəndələr Palatası  qanunvericilik orqanı olaraq qəbul ediləcək. Bu, Tripolidəki parlament üzvlərinin təmsil olunacağı "Ali Dövlət Şurasının" yaradılmasını da ehtiva edir.

Liviyada 17 Fevral 2011 inqilabından sonra ölkədə siyasi qeyri-sabitlik və rəqib qruplar arasında münaqişələr yaranmışdı. 

Ötən il istefada olan General Xəlifə Hafterin başladığı dövlət çevrilişi cəhdinin Tripolidəki mərkəzi hakimiyyət tərəfindən qarşısı alınmışdı.

Ölkədə son bir ildir k, biri Tobruk (Nümayəndələr Məclisi), digəri isə Tripolidə (Ümummilli Konqres) olmaq üzrə iki məclis və rəqib hakimiyyətlər vardır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr