ABŞ Müdafiə naziri mətbuat konfransı keçirib

“Mən, önümüzdəki günlərdə, Rusiyanın Suriyada itki verəcəyini gözləyirəm”.

351738
ABŞ Müdafiə naziri mətbuat konfransı keçirib

ABŞ Müdafiə naziri mətbuat konfransı keçirib.
“Mən, önümüzdəki günlərdə, Rusiyanın Suriyada itki verəcəyini gözləyirəm”.

Amerika Birləşmiş Ştatları Müdafiə naziri Ashton Carter Rusiyanın Suriyada itki verə biləcəyini bildirib.
Carter Brüsseldəki NATO Müdafiə Nazirləri Yığıncağından sonra mətbuat konfransı təşkil edib.
Yığıncaqd Rusiyanın Suriyadakı addımlarının müzakirə olunduğunu ifadə edən Carter Rusiyanın Əsəd rejiminin hərbi qüvvəsinə yardım etdiyini ifadə edib.
Nazir Rusiyanın ilk olaraq DEAŞ və Əl-Nusra kimi terror qruplaşmaları ilə mübarizə edəcəyini söylədiyini xatırladaraq, daha sonra Rusiyanın digər hədəfləri vurmağa başladığını bildirib.
Rusiyanın bu adımının səhv olduğunu vurğulayan nazir “Rusiya bu səhv strategiyasını davam etdirdiyi müddətdə biz onunla əməkdaşlıq etməyəcəyik” deyə bildirib.
Carter Rusiya qüvvələrinin professional olmayan davranışlarına diqqəti çəkərək, “Türk hava məkanını pozdular. Bu məkanın NATO hava məkanı olduğunu hamımız Brüsseldə təsdiq etdik” deyə vurğulayıb.
Rusiyanın xəbərdarlıq etmədən Xəzər dənizindən Suriyaya raketlər atdığını da xatırladan Amerika Müdafiə naziri bunların ABŞ-ın pilotsuz hava gəmisinin bir neçə mil yaxınlığından keçdiyini bildirib.
Carter Rusiyanın Suriya rejimi ilə təşkil etdiyi ortaq hücumların Rusiyanın özünə qarşı nəticələnəcəyini ifadə edərək, “Mən, önümüzdəki günlərdə, Rusiyanın Suriyada itki verəcəyini gözləyirəm” deyə vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr