İsrail əsgərləri ilə fələstinlilər arasında toqquşma baş verib

İordan çayının qərb sahillərində İsrail əsgərləri ilə fələstinlilər arasında baş verən toqquşmada 99 fələstinli yaralanıb.

389451
İsrail əsgərləri ilə fələstinlilər arasında toqquşma baş verib

Fələstin Qızıl Aypara Cəmiyyəti 189 fələstinlininsə İsrail əsgərləri tərəfindən atılan gözyaşardıcı qazdan zəhərləndiyini açıqlayıb. İsrailin Məscidül-Əqsa siyasətinə etiraz məqsədilə onlarla fələstinli İsrailin Lod şəhərində aksiya keçirib. Fələstin bayrağı daşıyan aksiyaçılar "Canımız sənə fəda olsun, Məscidül-Əqsa" şüarları səsləndiriblər. Xatırladaq ki, İsrailin yəhudilərin dini günləri səbəbiylə fələstinlilərin Məscidül-Əqsaya girişinə maneə törətməsinə görə sentyabrın 13-dən bəri Qüds və İordan çayının qərb sahillərində gərginlik yaşanır. İsrail polisi sentyabrın 27-dən bəri 50 yaşdan kiçik kişilərin məscidə girişinə icazə vermir. Digər tərəfdən İsrailin Baş naziri Benyamin Netanyahu Almaniya səfərini təxirə salıb. Netanyahu, İsrail parlamenti Knesset üzvü deputatlar və nazirlərin məscidə daxil olmasına da qadağa qoyub. Həmas isə Netanyahunun bu qərarının heç bir dəyərinin olmadığını ifadə edərək yəhudilərin də girişlərinin qarşısının alınmasının zəruri olduğunu açıqlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr