Barak Obama üzr istəyib

ABŞ Prezidenti Barak Obama Əfqanıstanda 22 mülki vətəndaşın ölümü ilə nəticələnən hava əməliyyatına görə beynəlxalq yardım təşkilatının həkimlərindən üzr istəyib.

389454
Barak Obama üzr istəyib

‘‘Sərhəd Tanımayan Həkimlər’’ yardım təşkilatının rəhbəri Doktor Coan Liu ilə telefon əlaqəsi saxlayan Obama, ölən təşkilat üzvləri və yaralılara görə üzr istəyərək hərtərəfli və şəffaf istintaqın başladılmasına söz verib. Obama daha sonra Əfqanıstan Prezidenti Əşrəf Qəni ilə telefonla danışaraq həlak olanlarla bağlı başsağlığı verib. Xatırladaq ki, ABŞ Talibanın nəzarətinə keçirdiyi Gündüz şəhərinə hava əməliyyatı zamanı bir xəstəxananı hədəf almışdı. Hücum nəticəsində 22 nəfər həyatını itirmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr