BMT Baş Assambleyasının keçmiş sǝdri saxlanılıb

BMT Baş Assambleyasının keçmiş sǝdri, Antiqua və Barbudanın daimi nümayəndəsi Con Eş saxlanılıb.

388861
BMT Baş Assambleyasının keçmiş sǝdri saxlanılıb

BMT Baş Assambleyasının keçmiş sǝdri, Antiqua və Barbudanın daimi nümayəndəsi Con Eş saxlanılıb.

Bir müddət öncə Nyu-York prokurorluğu Con Eşi çinli biznesmenlərdən 1,3 milyon dollar rüşvət almaqda ittiham edib.
Mǝlumata ǝsasǝn, 500 min dollar qarşılığında Con Eş BMT baş katibinə Makaoda BMT-nin konfrans mərkəzinin inşası ilə bağlı sənədlər hazırlayıb. Kompeksin tikintisi ilə milyarder Nq Lap Senqanın şirkəti məşğul olub.
Sabiq sǝdrǝ həmçinin “Rolex” saatı, BMW avtomobili və evinin heyətində 30 min dollarlıq basketbol meydançası tikilərək hədiyyə verilib.
O da müəyyən olunub ki, çinli maqnatın vasitəçiliyi ilə C. Eşin həyat yoldaşına ayda 2,5 min dollar maaşı olan qeyri-hökumət təşkilatlarından birində iş verilib. Bu rüşvət sxeminə qoşulmaqda təqsirli bilinən 4 biznesmenə qarşı da ittiham irəli sürülüb.
BMT baş katibi Pan Gi Mun irəli sürülən ittihamlardan dəhşətə gəldiyini və dərin narahatlıq keçirdiyini bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr