Aİ-nin Türkiyəyə yardım üçün fəaliyyət planı

Avropa İttıfaqı Komissiyası qaçqın böhranı ilə əlaqədar Türkiyəyə yardım üçün hazırladığı fəaliyyət planını açıqladı.

350766
Aİ-nin Türkiyəyə yardım üçün fəaliyyət planı

Plan Avropa İttifaqı və Türkiyə arasında qaçqın böhranı ilə əlaqədar keçiriləcək geniş əməkdaşlığın və koordinasiyanın konturlarını ortaya qoyur.

Fəaliyyət planı əsasında Avropa İttifaqı Türkiyəyə 2015 və 2016-cı illərdə 1 milyard avro dəstək verəcək.

Türkiyənin, qaçqın böhranını həll etməsi üçün Avropa İttifaqı regional etimad fondundan daha ədalətli bir şəkildə yararlanması üçün çalışılacaq.

Plan qaçqınlara aparılacaq yardımlardan başqa, Türkiyəyə daha çox mühacirin gəlməməsi üçün görüləcək tədbirləri də özündə birləşdirir.

Fəaliyyət planı çərçivəsində, Avropa İttifaqının Türkiyəyə insan alveri ilə mübarizədə fəal dəstək verəcəyi və bu məsələdə əməkdaşlığın konkret tədbirlərlənin artırılacağı vurğulanıb.

Yenə bu çərçivədə Avropa İttifaqının sərhəd təhlükəsizliyi üzrə FRONTEX Türkiyədə bir əlaqə bürosu açacaq.

Fəaliyyət planında sərhədlərində 2 milyondan çox qaçqın qəbul edən Türkiyənin resurslarından bu ana qədər təxminən 7 milyard avro sərf etdiyinə diqqət çəkilib.

Avropa Birliyi Komissiyası da Türkiyədə mühacir böhranı ilə bağlı işlər aparan humanitar yardım təşkilatlarına dəstək vermək məqsədilə qısa, orta və uzun dövrdə görüləcək tədbirlər və tədbirlərlə bağlı geniş  ehtiyac qiymətləndirmə planı hazırlayacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr