Türkiyəyə 1 milyard avroluq yardım vəd olundu

Avstriyanın “Der Standard” qəzeti qaçqın böhranı ilə əlaqədar Türkiyəyə bir milyard avro məbləğində yardım vədi barədə xəbər dərc etdi.

350465
Türkiyəyə 1 milyard avroluq yardım vəd olundu

Qəzetin xəbərində:"Türk Prezidenti Brüsseldə Aİ-nin yüksək səviyyəli rəsmiləri tərəfindən qarşılandı. Yeni şəhərciklər üçün milyardlıq yardım və sərhəd məntəqələrindəki yoxlama dəstəyi ilə Ərdoğanın qaçqın axınını dayandırması gözlənilir, Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı Yohannes Hahn iki həftə əvvəl Türkiyəyə bir milyard avro məbləğində yardım veriləcəyinə söz vermişdi. İndi də Türkiyə Prezidenti Tayyib Ərdoğan ilə koordinasiya ediləcək və növbəti Aİ sammitində qərarlaşdırılacak fəaliyyət planının hazırlanması gözlənilir. Plan Türkiyədə təxminən 2 milyon qaçqın üçün altı yeni şəhərciyin yaradılmasını nəzərdə tutur. Əvəzində, Avropa İttifaqı yarım milyon qaçqını qəbul edəcəyi öhdəliyini götürdü"deyilir.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr