Vaşinqton-Havana arasında ilk tǝyyarǝ reysi

ABŞ ilǝ Kuba arasında ǝlaqǝlǝrin normallaşması prosesindǝ konkret addımlar atılır.

386254
Vaşinqton-Havana arasında ilk tǝyyarǝ reysi

ABŞ ilǝ Kuba arasında ǝlaqǝlǝrin normallaşması prosesindǝ konkret addımlar atılır.
Hǝmin çǝrçivǝdǝ Vaşinqton-Havana arasında ilk tǝyyarǝ sǝfǝri reallaşıb.
Baltimordan 3 saatda Havanaya enǝn amerikalı turistlǝr ilk olaraq retro avtomobillǝrlǝ şǝkil çekdiriblǝr.
Xatırladaq ki, iyul ayında Nyu-York-Havana arasında ilk tǝyyarǝ reysi rǝallaşmış, Nyu-Yorku avqust ayında Hustın tǝqib etmişdi.
Rǝsmilǝr yaxın zamanda Floridadan sǝrnişin gǝmilǝrilǝ sǝfǝrlǝrin dǝ başlaya bilǝcǝyini bildiriblǝr.
Kubadakı 1959-cu ildǝki inqilabın ardından ABŞ ilǝ Kuba arasında gǝrginlik baş vermiş, diplomatik ǝlaqǝlǝr 1961-ci ildǝ dayanmışdı.
Rǝsmi Vaşinqton 1960-cı ildǝ Kubaya ticarǝt sahǝsindǝ sanksiya tǝtbiq etmǝyǝ başlayıb. Sanksiya qǝrarının lǝğvi Konqresin gündǝmindǝdir. Obama da bu barǝdǝ Konqresǝ çağırış edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr