Kollecə silahlı hücumda 10 nəfər ölüb

ABŞ-ın Oreqon ştatında kolleclərin birinə təşkil olunan silahlı hücumda 10 nəfərin öldüyü, 7 nǝfǝrin isə yaralandığı bildirilir.

386226
Kollecə silahlı hücumda 10 nəfər ölüb

ABŞ-ın Oreqon ştatında kolleclərin birinə təşkil olunan silahlı hücumda 10 nəfərin öldüyü, 7 nǝfǝrin isə yaralandığı bildirilir.
Rozberq şəhəri yaxınlığında yerləşən təxminən 3 min tələbənin təhsil aldığı məktəbdə səhər saatlarında baş verən hücumda 10 nəfər həyatını itirib.
26 yaşında Kıris Harpır Mörsır adlı cinayǝtkar 3 min tǝlǝbǝnin tǝhsil aldığı mǝktǝbdǝ bir sinifǝ daxil olaraq atǝş açıb. Hadisǝ yerinǝ gǝlǝn polislǝ cinayǝtkar arasında baş verǝn atışma nǝticǝsindǝ Harpır Mörsır ölüb. Verilǝn məlumata görə, onun üzərində 3 tapança və 1 tüfəng aşkarlanıb. Polis idarǝsi hadisǝ haqqında genişmiqyaslı tǝdqiqat başladıb.
Hadisǝ ölkǝdǝki silahlanma mübahisǝlǝrini dǝ yenidǝn gündǝmǝ gǝtirib.
Hadisǝdǝn sonra açıqlama verǝn ABŞ prezidenti Amerika xalqından mǝntiqli bir silah qanunu qǝbul edilmǝsi üçün Konqresǝ tǝzyiq etmǝlǝrini istǝyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr