Maşının içində siqaret çəkmək qadağan olundu

İngiltərə qapalı məkanlarda siqaret çəkmə qadağası ilə əlaqədar bir addım da irəli getdi.

386033
Maşının içində siqaret çəkmək qadağan olundu

Artıq maşınların içində də siqaret çəkmək qadağan olundu.

Əgər maşında 18 yaşından kiçik biri varsa, sürücülər siqaret çəkə bilməz.

Maşının pəncərəsi açıq olsa belə qadağa qüvvədə olacaq.

Qadağanın məqsədi 18 yaşından kiçik uşaqların və gənclərin passiv siqaret çəkən olmasının qarşısını almaqdır.

Qadağa qaydasını pozanın cəzası isə 50 funt-sterlinqdir.

Artıq İngiltərə və Uels qadağanı tətbiq etməyə başlayıb.

Şotlandiya da gələn il qadağanı gündəmə almağa hazırlaşır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr