Şimal Qütbündə neft və təbii qaz axtarışı sona çatdı

Hollandiya neft-kimya şirkəti “Shell”, Şimal Qütbündə neft və təbii qaz axtarış fəaliyyətlərinə son verdiyini açıqlayıb.

347645
Şimal Qütbündə neft və təbii qaz axtarışı sona çatdı

Şirkət, qərarını, Alaska ştatının sahillərində qazılan quyuda kifayət qədər təbii ehtiyat olmaması və xərclərin yüksək olması ilə əlaqələndirib. “Shell”in bölgədə neft axtarışına qarşı çıxan ekoloqlar isə qərarı sevinclə qarşılayıb. Qeyd edək ki, ABŞ Daxili İşlər Nazirliyi, Avqustun 17-si “Shell” şirkətinə neft və təbii qaz axtarış səlahiyyəti vermiş, prezident Barak Obama da bu təşəbbüsü dəstəklədiyini açıqlamışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr