İtgin düşǝn 43 tǝlǝbǝnin ailǝsi aksiya keçirib

Meksikanın İguala şəhərində ötǝn il itgin düşǝn 43 tǝlǝbǝdǝn hǝlǝ dǝ xǝbǝr yoxdur.

392590
İtgin  düşǝn 43 tǝlǝbǝnin ailǝsi aksiya keçirib

Bir ildir uşaqlarından xəbər ala bilməyən ailələr, övladlarının itgin düşmǝlǝrinin ildönümündə etiraz yürüşü tǝşkil ediblǝr.
Aralarında uşaqların müəllimləri və yoldaşlarının da olduğu çox sayda aksiyaçının qatıldığı yürüş, hadisənin z cǝrǝyan etdiyi gün cəsədləri tapılan 3 gəncin məzarları ziyarǝt edildikdǝn sonra sona çatıb. Tǝlǝbǝlǝrin tapılması uğrunda hökumətin lazımlı addımları atmadığını sǝslǝndirǝn ailǝlǝr övladlarının tapılmasını vǝ cinayǝtkarların cǝzalandırılmasını istǝyiblǝr.
2014-cü ilin Sentyabr ayının 26-da oğurlanan gǝnclǝrin narkotik şəbəkənin əlində olduğu güman edilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr