"Toplanan bütün vəsait suriyalıların ehtiyaclarının yalnız 38%-n

Stefan O’Brien mətbuat konfransı təşkil edib.

352412
"Toplanan bütün vəsait suriyalıların ehtiyaclarının yalnız 38%-n

BMT-nin humanitar işlər və fövqəladə vəziyyətlər üzrə koordinatoru Stefan O’Brien beynəlxalq cəmiyyəti Türkiyə və İordaniyanın üzərində olan suriyalı miqrantlar problemini yüngülləşdirməyə çağırıb.

İordaniyaya ziyarəti çərçivəsində paytaxt Ammanda mətbuat konfransı təşkil edən O'Brien, “Beynəlxalq cəmiyyət Türkiyə və İordaniya ilə gerçək bir ortaqlıq quraraq onlara kömək etməlidir” deyə bildirib. O'Brien, Qaziantəpə son dəfə etdiyi səfərdə Türk hökumətinin miqrantlara göstərdiyi yardımları gördüyünü, İordaniyanın da etdiyi yardımlarla beynəlxalq cəmiyyətin ortağı olduğunu vurğulayıb.
Toplanan bütün vəsaitin suriyalıların ehtiyaclarının yalnız 38%-ni ödədiyini bildirən O'Brien, dünya ölkələrini xüsusilə İordaniyadakı suriyalılara dəstək olmağa çağırıb. Qeyd edək ki, rəsmi rəqəmlərə görə İordaniyada 1 milyon 400 mindən çox suriyalı var.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr