UEFA qaçqın uşaqlar üçün 2 milyon avro vǝsait ayırıb

Avropa Futbol Federasiyaları Birliyi (UEFA) Maltada keçirdiyi İcra Komitǝsi yığıncağında qaçqın uşaqlara dǝstǝk olacağına dair qǝrar qǝbul edib.

351578
UEFA qaçqın uşaqlar üçün 2 milyon avro vǝsait ayırıb

Avropa Futbol Federasiyaları Birliyi (UEFA) Maltada keçirdiyi İcra Komitǝsi yığıncağında qaçqın uşaqlara dǝstǝk olacağına dair qǝrar qǝbul edib.
UEFA Avropaya çatmağa cǝhd göstǝrǝn qaçqın uşaqlara yardım etmǝk mǝqsǝdilǝ bu il aprelin 24-dǝ qurulan UEFA Uşaqlar üçün Yardım Vǝqfinǝ 2 milyon avro vǝsait ayıracaq.
UEFA-nın internet sǝhifǝsindǝ yer tutan açıqlamada bildirilib ki, qaçqın uşaqlara yönǝldilmiş fǝrqli dǝstǝk proqramları da hazırlanacaq.
Avropa Futbol Federasiyaları Birliyinin sǝdri Mişel Platini mövzu haqqında verdiyi açıqlamada qeyd edib ki, qaçqın böhranının mǝnfi tǝsir etdiyi uşaqlara yardım etmǝk mǝqsǝdilǝ bu vǝsaiti ayırdıq. Ümid edirǝm ki, edilǝn bu yardım Avropa vǝ digǝr yerlǝrdǝ çǝtin vǝziyyǝtdǝ olan qaçqın uşaqlara kömǝklik göstǝrǝcǝyinǝ ümid edirǝm.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr