Dövlət rəhbəri nəzarət altına alındı

Burkina Fasoda çeviriliş cəhdi olub.

388899
Dövlət rəhbəri nəzarət altına alındı

Qərbi Afrika ölkəsi Burkina Fasoda çeviriliş cəhdi olub. Prezident Mühafizə Alayı əsgərləri, nazirlər kabinetinin toplantısı zamanı içəri daxil olaraq müvəqqəti Dövlət rəhbəri Maykll Kafando, Baş nazir Yaqub İshaq Zidan və nazirləri nəzarət altına alıb.
Məclis sədrinin, Kafando ilə hökumət üzvlərinin dərhal sərbəst buraxılması çağırışından sonra ölkədə etirazlar başlayıb.
Prezident sarayına doğru yürüyüş edən etirazçılarla əsgərlər arasında qarşıdurma yaranıb.
Əsgərlər, havaya atəş açaraq aksiyanı dağıtmağa çalışıb.
Çox sayda adam yaralanıb.
Çeviriliş cəhdinin səbəbi Mühafizə alayının ləğv edilməsinə dair qanun təklifinin hazırlanması olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr