Bu dəfə İndoneziyada zəlzələ özü ilə tsunami gətirmədi

İndoneziya sahillərində mərkəzi Molucca dənizində baş verən 6,3 bal gücündə zəlzələ olub. Zəlzələdə ölən və yaralanan yoxdur.

350724
Bu dəfə İndoneziyada zəlzələ özü ilə tsunami gətirmədi

  ABŞ Geoloji Araşdırmalar Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtla 14.40-da Molucca dənizinin 52 kilometr dərinliyində qeyd edilib.

  İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyindən edilən şərhdə tsunami təhlükəsinin olmadığı bildirilib.

  Xatırladaq ki, İndoneziyada 26 dekabr 2004-cü ildə 9,1 gücündə baş verən zəlzələ və ondan sonra yaranan tsunami 230 min insanın həyatını itirməsinə səbəb olmuşdu.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr