Yəməndə qarşıdurmalar davam edir

Yəməndə prezident Abdurrabu Mansur Hadi tərəfdarşlarının Maribdǝ irəliləyişi davam edir.

349151
Yəməndə qarşıdurmalar davam edir

Hadi tərəfdarlarının Husilərə istiqamətli son əməliyyatlarında iki tərəfdən olmaqla ən az 25 nǝfǝr hǝyatını itirib.
Əməliyyatlar nǝticǝsindǝ Husilərin strateji ǝhǝmiyyǝt daşıyan yolları kəsilib. Planın, neft yataqları baxımından zəngin olan şəhərǝ nǝzarǝti yenidǝn ǝlǝ keçirib vǝ paytaxt Sǝnaya irəliləmək olduğu qeyd edilir.
Taiz şəhərində də hökumət tərəfdarı Xalq Müqavimət Qüvvǝliri ilə Husilər arasında baş verǝn qarşıdurmalarda, cəmi 37 adam həyatını itirib vǝ 71 nǝfǝr xǝsarǝt alıb.
Husilərin bölgədəki yaşayış yerlərinə təşkil etdiyi hücumlar nǝticǝsindǝ isǝ iki dinç sakin həyatını itirib. Aralarında qadın və uşaqların da olduğu 15 nǝfǝr bǝdǝn xǝsarǝti alıb.
Digər tərəfdən, Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələrinin Şebve şəhərinə təşkil etdiyi hava hücumlarında 8 Husi ölüb, 14-ü yaralanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr