Meşǝ yanğınları sǝbǝbindǝn fövqǝladǝ vǝziyyǝt elan edilib
ABŞ-ın Koliforniya ştatında yaşayış mǝntǝqǝlǝrinǝ sıçrayan meşǝ yanğınları sǝbǝbindǝn fövqǝladǝ vǝziyyǝt elan edilib.
ABŞ-ın Koliforniya ştatında yaşayış mǝntǝqǝlǝrinǝ sıçrayan meşǝ yanğınları sǝbǝbindǝn fövqǝladǝ vǝziyyǝt elan edilib.
Ştatın valisi Ceri Brovn Lake vǝ Napa şǝhǝrlǝrindǝ davam edǝn vǝ bütün cǝhdlǝrǝ baxmayaraq nǝzarǝt altına alına bilmǝyǝn yanğınlar sǝbǝbindǝn fövqǝladǝ vǝziyyǝt elan edib.
San Fransiskonun şimalında vǝ şǝrqindǝ fǝrqli bölgǝlǝrdǝ davam edǝn yanğınlarda 1300 nǝfǝrin yaşadığı Middletown qǝsǝbǝsi tamamilǝ bolaşdılıb.
Butte meşǝliyindǝ başlayıb yaşayış mǝntǝqǝlǝrinǝ sıçrayan digǝr yanğında isǝ 86-sı mǝnzil olmaqla 137 bina tamamilǝ yanıb.
Bölgǝdǝ yaşayan minlǝrlǝ insan üçün tǝxliyyǝ ǝmri verildikdǝ, rǝsmilǝr daha 6 min binanın tǝhdid altında olduğunu açıqlayıb.
Yanğınlar sǝbǝbindǝn indiyǝdǝk bir nǝfǝr ölüb, 4 yanğınsöndürǝn dǝ yaralanıb.
Lake, Napa vǝ San Andreasda 40 min kvadratmetrlik sahǝyǝ yaxın bölgǝdǝ davam edǝn yanğınlarda 4 minǝ yaxın mütǝxǝssis yanğınsöndürmǝ fǝaliyyǝtlǝrinǝ qatılıb.
Әlaqәli Xәbәrlәr
İsxak Hersoq: ''Benyamin Netanyahunu dəstəkləyəcəyəm''
İsxak Hersoq Tel-Əviv Universitetində keçirilən hüquq konfransında çıxış edib
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
1 İyun dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd edilir