ABŞ-dakı Türklər terrora etiraz edib

Nyu-Yorkda TADF təşkilatçılığı ilə “Şəhidlərimizi Anma və Terrora Lənət” aksiyası keçirilib

387240
ABŞ-dakı Türklər terrora etiraz edib

ABŞ-ın Nyu-York şəhərində, Türkiyədə polis və hərbçilərə istiqamətli terror aktlarına etiraz etmək və birlik mesajı vermək üçün mitinq təşkil edilib.

Türk Amerika Dərnəkləri Federasiyasının (TADF) təşkilatçılığı ilə keçirilən “Şəhidlərimizi Anma və Terrora Lənət” aksiyasında bir araya gələn Türklər, terrora qarşı Türkiyəyə dəstək olduqlarını bildirib. Digər Türkdilli dövlətlərindən iştirakçıların da olduğu nümayişdə şəhidlər sükutla yad edilib və İstiqlal Marşı oxunub. Federasiyanın sədri Atilla Pak, çıxışı zamanı terroru şiddətlə qınadığını ifadə edərək “Terrora son verilməsini və ölkədə sülhün təmin edilməsini gözləyirik. Bu günlərdə qeyri-hökumət təşkilatlarının üzərinə böyük işlər düşür. Bu dövrdə dövlətimizə və bu mübarizəyə qatılan təhlükəsizlik güvvələrinə dəstək olmalıyıq”deyə bildirib. Nümayişin sonunda şəhidlər üçün dua oxunub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr