BMT Təhlükəsizlik Şurası kimyəvi silah komissiyası mövzusunda ra
Rusiyanın etirazından sonra Suriyaya göndərilǝ bilmǝyǝn kimyəvi silah məsələsi ilə məşqul olacaq beynəlxalq müstəqil komissiya mövzusunda razılaşma əldə edilib.
BMT Təhlükəsizlik Şurasının üzvləri, Rusiyanın etirazından sonra Suriyaya göndərilǝ bilmǝyǝn kimyəvi silah məsələsi ilə məşqul olacaq beynəlxalq müstəqil komissiya mövzusunda razılaşma əldə edib.
Suriyada kimyəvi silah istifadə edənlərin müəyyən olunması üçün BMT-nin Baş katibi Pan Gi Munun Təhlükəsizlik Şurasına təqdim etdiyi istintaq komissiyası, Rusiya daxil olmaqla, bütün üzvlər tərəfindən qəbul edilib. 3 üzvdən ibarət istintaq komissiyasının 90 gün içində ilk hesabatını BMT-yə təqdim etməsi gözlənilir.
Qeyd edək ki, avqust ayının 7-si Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qanuna Rusiya, “texniki səbəblərə” görə etiraz edirdi.
Әlaqәli Xәbәrlәr
Avropanın әn aktiv vulkanı püskürüb
İtaliyanın Siciliya adasında yerlәşәn Etna vulkanının püskürmәsi qeydә alınıb.

Terror tәşkilatı Boko Haramın hücumu nәticәsindә dörd hәrbçi hәyatını itirib
Bu barәdә Niger Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.