Kraliça 2-ci Elizabeth

Krallıq taxtında tarix yazdı

344055
 Kraliça 2-ci Elizabeth

Kraliça 2-ci Elizabeth taxtda 63 il 216 gününü tamamlayaraq "İngiltərənin ən uzun müddət taxtda qalan hökmdarı" adını aldı, Krallıq taxtında tarix yazdı.
Kraliça Elizabethin şərəfinə West Minister Abbey kilsəsində zənglər çalındı, toplar atıldı.
Kraliça, Elizabeth çıxısında "Uzun yaşayan hər kəsin həyatında dönüş nöqtələri olmuşdur. Mənimki də fərqli olmadı" dedi.
26 yaşında taxta çıxan Kraliça 2-ci Elizabeth, taxtda 65 il oturan  Tayland Kralından sonra gəlir.
89 yaşındakı 2-ci Elizabeth, Səudiyyə Ərəbistanı Kralı Abdullah min Əbdüləzizin ölümündən sonra dünyanın ən yaşlı hökmdarı adına sahibdir.
Kraliça, saysız-hesabsız çıxışları, xüsusi reportajları,at yarışlarına marağı və xüsusi həyatını sirr kimi saxlamasıyla tanınır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr