Yəməndə   BƏƏ əsgərləri həlak oldu

Yəməndə hərbi düşərgədə Birləşmiş Ərəb Əmirliklərinin 22 əsgəri öldü.

374488
Yəməndə   BƏƏ əsgərləri həlak oldu

Birləşmiş Ərəb Əmirlikləri informasiya agentliyi, hərbçilərin öldüyü xəbərini yayıb, ancaq hadisənin təfərrüatl babarədə məlumat verməyib.
Husilər hadisə ilə bağlı açıqlamalarında Məğrib vilayətində hərbçilərin qaldığı düşərgəyə raket atdıqlarını, raketin cəbhəxanaya düşməsi nəticəsində əsgərlərin, helikopterlərin və hərbi texnikanın havaya uçduğunu iddia edirlər.
Dövlət Başçısı Hadi tərəfdarları isə əsgərlərin Husilərin hücumundan deyil, cəbhəxanada təsadüfən meydana gələn partlama nəticəsində həyatlarını itirdiklərini bildirirlər.
Birləşmiş Ərəb Əmirlikləri hərbi birləşmələri Yəməndə Səudiyyə Ərəbistanı tərəfində vuruşurlar.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr