Ümumdünya Meteorologiya Təşkilatından qorxulu xəbərdarlıq

Ümumdünya Meteorologiya Təşkilatı son 50 ilin ən güclü "El Nino"sunun baş verə biləcəyini açıqladı.

373017
Ümumdünya Meteorologiya Təşkilatından qorxulu xəbərdarlıq

Mart ayında başlayan El Nino təbiət hadisəsi təsirini bu ilin son yarısında getdikcə artıracağı bildirilir.

Böyük Okeandakı dəniz səthində istiliyin artmasına diqqət çəkən mütəxəssislər dəhşətli fəlakətlərin baş verə biləcəyi haqqında xəbərdarlıq edirlər.

Böyük Okeanın şərqində, dəniz səthi temperaturunda böyük dəyişikliklərin yol açdığı atmosfer hadisələri "El Nino" adlandırılır.

El Nino qasırğalara, şiddətli yağışlara və daşqınlara olduğu qədər quraqlıqlara da yol açır və yoluxucu xəstəliklərə təkan verir.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr