Nepalda konstitusiyaya etiraz qan bahasına başa gəldi

Yeni konstitusiya layihəsinə etiraz edən etnik qruplara polis atəş açıb, 5 nəfər ölüb.

373027
Nepalda konstitusiyaya etiraz qan bahasına başa gəldi

  İki ayrı-ayrı şəhərdə təşkil edilən etirazlarda küçəyəçıxma qadağasına əməl etməyən nümayişçilər sərt polis maneəsilə qarşılaşıblar.

  Paytaxt Kathmandu da qızğın etiraz nümayişlərinə səhnə olub.

  Etnik qruplar Nepalda ölkənin 7 federal bölgəyə ayrılmasını nəzərdə tutan konstitusiya layihəsinə etiraz edir və yaşadıqları bölgələrdə özlərinə aid əyalətlər yaradılmasını istəyirlər.

  Qeyd edək ki, Nepal 2008-ci ildə 239 illik monarxiyadan respublika quruluşuna keçib. 7 il ərzində müvəqqəti konstitusiyayla idarə olunan ölkədə ancaq keçən iyun əvvəlində siyasi partiyalar konstitusiya layihəsi üzərində anlaşa biliblər. Bu dəfə də ölkədəki azlıqlar və qadınlar hüquqlarının pozulduğunu iddia edərək konstitusiya layihəsini tənqid edirlər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr