Obama iqlim dǝyişikliyi ilǝ bağlı çağırış edib

ABŞ prezidenti Barak Obama iqlim dǝyişikliyilǝ ilǝ mübarizǝdǝ sürǝtli şǝkildǝ addım atılmasının vacibliyini dilǝ gǝtirib.

341755
Obama iqlim dǝyişikliyi ilǝ bağlı çağırış edib

ABŞ prezidenti Barak Obama iqlim dǝyişikliyilǝ ilǝ mübarizǝdǝ sürǝtli şǝkildǝ addım atılmasının vacibliyini dilǝ gǝtirib.
ABŞ Dövlǝt Departamenti tǝrǝfindǝn tǝşkil edilǝn “Dünya liderlǝri Arktik”dǝ konfransında çıxış edǝn Obama, “insanların etdiklǝrinin iqlimi dǝyişdirdiyini bilirik”deyib.
ABŞ-ın dünyanın ǝn böyük iqtisadiyyatı vǝ atmosferǝ zǝrǝrli isti qaz buraxan ikinci yerdǝki ölkǝ olaraq qlobal istiliyin azaldılmasındakı rolunu bildiyini qeyd edǝn Obama ölkǝsinin mǝsuliyyǝt üzǝrinǝ götürmǝyǝ hazır olduğunu bildirib.
Prezident Obama iqlim dǝyişikliyinin ona qarşı qǝbul edilǝn tǝdbirlǝrdǝn daha sürǝtli olduğunu vǝ bu vǝziyyǝtin dǝyişmǝsinin vacibliyini ifadǝ edib.
Obama qlobal istiliyin nǝticǝlǝrinǝ qarşı da xǝbǝrdarlıq edib.
BMT-nin İqlim konfransı dekabr ayında Fransanın Paris şǝhǝrindǝ keçirilǝcǝk.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr