Çin Xalq Respublikası Zəfər gününü qeyd etməyə hazırlaşır

Çin Xalq Respublikası 3 sentyabr cümə axşamı günü Pekindəki Tiananmen meydanında 2-ci Dünya müharibəsinin sona çatmasının 70-ci ildönümü münasibətilə Zəfər günü rəsmi bayramını qeyd edəcək.

341592
Çin Xalq Respublikası Zəfər gününü qeyd etməyə hazırlaşır

  Rusiya dövlət başçısı Vladimir Putin 2 sentyabrda bu mərasim üçün Pekinə gedəcək. Görüşlər çərçivəsində iki ölkə arasında 20-dən çox müqavilə imzalanması gözlənilir.

  Qazaxıstan prezidenti Nursultan Nazarbayev də həmin günlərdə Pekində olacaq.

  Zəfər günü bayram mərasiminə Cənubi və Şimali Koreya liderləri ilə yanaşı, bölgə ölkələrindən də hökumət və dövlət başçıları gələcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr